إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bu gecə 18 fevral niyyət axşamıdır - Sabah "On bir ayın sultanı", mübarək Ramazan ayının ilk günüdür

İmam Əli(ə) Allah Rəsulunun(s) bir xütbədə belə buyurduğunu rəvayət edir:

- Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…

Qarşıdan mübarək Ramazan ayı gəlir. Ramazan ayında  müsəlmanlar niyyət edərək bir ay ərzində sübh azanından məğrib azanına qədər oruc tutur, axşamlar iftar açaraq Allah qarşısında mənəvi borcunu yerinə yetirirlər.

“Nimeyi-Şaban” gecəsi tövsiyyə olunan namaz və dualar

Peyğəmbər(s) buyurur: Bu gecə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur.

“Nimeyi-Şaban” - gecəsinin fəzilət və əməlləri

Bu gecə Qəməri təqvimi ilə Şaban ayının 15-i - Mübarək "Nimeyi-Şəban" daxil olur

Bu gün qəməri təqvimi ilə 5-şəban dördüncü İmamı Zeynul Abidin(ə)ın mübarək movlud günüdür.

"Qəməri Bəni-Haşim" ləqəbi ilə tanınmış Həzrət Əbül-fəzl ibn Əli (ə) hicrətin 26-cı ili, şaban ayının 4-də dünyaya gəlmişdir.

Həzrəti Məhəmməd(s) "Hər kəs bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar"

Vətən şəhidlərini heç vaxt unutmayacaq 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür.

Məbəs bayramı - 27 Rəcəb. Məbəs gününün əməlləri

Rəcəb ayının 27-ci günü mübarək Məbəs bayramı qeyd edilir.

25 mart İmam Müseyi Kazım(ə)ın şəhadət günüdür

Bu gün qəməri təqvimi ilə Rəcəb ayının 25-i İmam Museyi Kazımın (ə) şəhadət günüdür.

Həzrət Əlinin (ə) mövludu

Qəməri təqvimi ilə Rəcəb ayının 13-u Vilayət günəşinin nuru - Əmirəlmöminin Həzrət Əlinin (ə) mübarək mövlud günüdür. Bu mövlud münasibətilə bütün müsəlmanları təbrik edirik

“Əyyamul-bəyz”(İşıqlı günlər) adlanan fəzilətli günlər daxil olur.Hədis və rəvayətlərdə bu gecələri ibadətdə keçirməyin əhəmiyyəti xüsusi vurğulanır.

Xalqımızı "Dünya Azərbaycanlılarının Həmrəylik Gününü" və qarşıdan gələn "Yeni il" münasibəti ilə təbrik edirik.

Bu gün qəməri təqvimi ilə Rəcəb ayının 10-u  - İmam Məhəmməd Təqinin(ə) mövlud günüdür.

Həzrət Məhəmməd(s) buyurur:

"Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın, mələklər həmin gecəyə "arzular gecəsi" deyərlər"

İmam Əliyyən-Nəqi(ə) buyurur:

Təqvalı olun Təqva, həmin dindir ki, biz həmişə ona bağlıyıq və tərəfdarlarımızdan da bunu istəyirik. Təqvasız isə şəfaətimizə nail olmayacaqsınız.” (Vəsailuş-şiə, c.15, səh. 248

 

Rəcəb ayının əməlləri

Həzrət Məhəmməd (s) buyurub: “Rəcəb Allahın ayı, şaban mənim ayım, Ramazan isə ümmətimin ayıdır”.

591 səhifədən 112345»»»
© 2026 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!