إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Şuşada bayram namazı qılınıb VİDEO

İşğaldan azad olunmuş Şuşa şəhərində 29 ildən sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb.

Ahlibeyt.az xəbər verir ki, bayram namazı "Yuxarı Gövhərağa" məscidində Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Bayram namazından sonra Hacı Şahin Həsənli xütbə söyləyib və dualar oxunub.

Bayram namazı Azərbaycanda fəaliyyət göstərən bir çox televiziya kanalları vastəsilə canlı olaraq yayımlanıb.

Qeyd edək ki, Qarabağın mirvarisı Şuşada İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını Bakı Media Mərkəzi həyata keçirib.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 May, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!