إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ebulfezl Musəvian-Din alimləri Cəmiyyətin əxlaqi sarsıntılarına cavabdehlik daşıyırlar

İran Qum şəhərinin Şeyx Müfid Universitetinin ustadlarından Höccətul İslam Ebulfəzl Musəvian İslam alimlərinin əxlaqi davranışlarda xüsusi diqqət göstərmələrinə mükəlləf olduqlarını vurğulayaraq söyləmişdir ki;
Cəmiyyətdə hər bir fərddən daha çox din alimləri əxlaqi dəyərlərə diqqət yetirməlidirlər.İnsanlar onları peyğəmbər və imamların elm və davranışlarının təmsilçiləri kimi görürlər.
Əgər cəmiyyətdə bəzi əxlaqi sıxıntılar varsa buna alimlər cavabdehlik daşıyırlar.
Rəvayətlərdə nəql olunur ki,Peyğəmbərlərin göndərilməsinin ilahi məqsədi insanların əxlaqi xüsusiyyətlərini gözəlləşdirməkdən ibarətdir.Alimlər Peyğəmbərin(s)təlimini insanlara çatdırmaq vəzifəsini öz üzərlərinə götürdükləri üçün əxlaqi davranışlarda hər kəsdən öndə olmalıdırlar.Toplumda əxlaqi anlamda bir sıxıntı yaşanarsa burada ilk olaraq ruhanilər cavabdehlik daşıyır.Çünki xalq onları peyğəmbərlərin varisləri məqamənda görür,onların söz və davranışları insanlar üçün nümunədir.
Amma həqiqət budur ki,bütün insanların vəzifəsi peyğəmbəri özünə nümunə bilməli,onun təliminə əməl etməlidirlər.lakin olan gerçək budur ki,zəmanəmizdə daha fƏal olanlar ruhanilərdir.
Əgər bu gün cəmiyyətdə əxlaqi dəyərlər rəngini dəyişirsə və ya təsiri azalıbsa buna ilk olaraq din alimləri cavabdehlik daşıyır.
Biz çox zaman hər bir məsələdə olduğu kimi əxlaqi davranışlarımızda da ifrat və təfritə düşə bilərik və əgər cəmiyyətdə əxlaqi çoküş meydana gəlibsə deməli bunda din alimlərinin də məsuliyyəti var.
Rəvayətlərdə deyilir ki,"Əgər alimlər yolunu azarsa cəmiyyət də yolunu azar,alimlər islah olarsa cəmiyyət də islah olar".
Rəvayətlərdən alimlərlə toplumun əxlaqı arasında ciddi bir əlaqənin olduğu göz önündədir və bu əlaqənin olduğunu inkar etmək düzgün sayılmaz.Belə olan halda əgər cəmiyyət mənəvi sarsıntı keçirərsə, üzülərək və üzr diləyərək söyləməliyəm ki,bunun qaynağını ruhanilərin davranışındakı sıxıntılarda axtarmaq gərəkdir.
Shafaqna.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2014  18:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!