إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Toni Bleyr-"Radikal Islamçılara" qarşı mübarizədə birləşməliyik

Qərb mətbuatının yaydığı xəbərə görə  İngiltərənin keçmiş baş naziri Toni Bleyr Bloomberg agentliyinin London ofisində çıxış edərək Yaxın Şərqdə islamçılara qarşı zərbənin gerçəklənməsini dəstəklənməsi ilə bağlı çıxış edib.

O qeyd edib ki,Həqiqi İslami dəyərləri təhrif edən radikal baxışların təhlükəsi bütün dünyada özünə yer etməkdədir.Bu təhlükə cəmiyyətin və bütöv xalqların sabitliyini pozur, dinc yaşam şərtlərini sual altına alır.Bütün bu təhlükələr qarşısında biz təccüblü də olsa onu qəbul etmək istəmirik və bubn qarşısını almaq üçün ciddi addımlar atmırıq.

Keçmiş Baş Nazir Ukrayna hadisələrinə görə Rusiya və Çinlə yaranan gərginliyi kənara ataraq radikallaşmış və siyasiləşmiş İslama qarşı birlikdə mübarizə etmə yollarının axtarılmasını qaldırmışdır.

Onun sözlərinə görə Ukrayna hadisələri Yaxın Şərq hadisələrini ikinci plana endirib.Lakin orada baş verənlər öz əhəmiyyətini itirməyib və dünyadakı sabitliyə ciddi təhlükə mənbəyidir.O həmçinin Pakistan Əfqanıstan Şimali Afrikadanın da qeyri stabilliyinə toxunub. 

Qeyd edək ki, Bleyr açıq hərbi müdaxilədən söz açmasa da  Misirdə islamçıların hərbi yolla devrilməsini dəstəkələməsi Qərbdə birmənalı olaraq qarşılanmamış və 2003 çü ildə baş nazir postunda olarkən ölkəsinin İraqa kaolisiya qüvvələri tərkibində qatılması böyük təpki ilə qarşılaşmışdı.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Aprel, 2014  20:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!