إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Nyu-Yorkda müsəlman ailələrə həqarət

“Terrorçu müsəlman obrazı”

ABŞ-ın Nyu-York şəhərində müsəlmanların yaşadığı evvlərin qapılarına İslama və müsəlmanlara nifrət və həqarət ifadələrinin yer aldığı büroşurlar vurulub.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə ABŞ-ın Nyu York şəhərinin Bensonhorst bölgəsində müsəlmanları təhqir edən broşürlər hazırlanaraq yaşadıqları evlərin qapılarından asılıb. Broşürlərdə “İslamçılar, ölkələrinizə qayıdın! ABŞ sizə nifrət edir. Siz terrorçusunuz. Siz ikinci "xolokost"sunuz.” kimi nifrət və həqarət dolu ifadələr yer alıb. Nyu York bələdiyyəsi bu irqçi addımı “utanc verici” adlandırıb və polis araşdırma başladıb.

NY1-in xəbərinə görə bu hadisənin ardından Nyu-York nifrət və qəzəb cinayətləri şöbəsi broşurların kimin paylamasını araşdırmağa başlamış Nyu-York bələdiyyə başçısı isə açıqlama  verərək bunun utancverici olduğunu bildirmişdir.

Bensonhorst bölgəsində yaşayanlar əsasən Hindistan, Pakistan və Banqladeşdən olan fərqli icmaların nünmayəndələridirlər və qeyd olunur ki,buna bənzər hadisələr 11 sentyabr faciəsindən sonra qeydə alınmamışdır.

Hadisə ilə bağlı saxlanılanlar barədə heç açıqlama verilməməşdir,lakin Ramazan ayı ərəfəsində bir qrup insan Nyu York məscidi ətrafına avtomobillərlə dolanaraq məscid və müsəlmanları təhqir etmiş İsrail leyhinə şüarlar səsləndirmişlər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 İyul, 2014  13:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!