إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İtaliyanın baş naziri: “Qərb Ayətullah Sistaninin fətvası ilə İslamın həqiqi üzünü gördü”

İraqda səfərdəolan və yeni baş nazir Heydər əl-Abadi ilə görüşən İtaliyanın xarici işlər naziri Federika Mogherini, 2003-ci ilə qədər Səddam dövründə zülm görən şiələrin digər tayfa və məzhəblərdən intiqam almaq fikrindən uzaq olduğunu ifadə edərək, Ayətullah Sistaninin "Əhli sünnə şiələrin qardaşı deyil, canıdır, özüdür” fikrini xatırladaraq, Ərəb lobbisinin bu fətvanı görməməzlikdən gəldiyini bildirib.

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə İŞİD terroristlərinin zülmündən qaçan xristian və yezidilərə məhz şiələrin kömək etməsinə də diqqət çəkən Mogherini, İraqda bütün qrupların və məzhəblərin ələ-ələ verərək problemlərlə mübarizə aparmalarının önəmli olduğunu vurğulyıb.

Ayətullah Sistaninin İraq hadisələri zamanı göstərdiyi qətiyyəti təqdiredən İtaliyanın baş naziri “qərb Ayətullah Sistaninin fətvası ilə İslamın həqiqi üzünü gördü” deyə açıqlama verib.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 Avqust, 2014  19:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!