Qeyd edək ki, üç dildə (Azərbaycan, ingilis və ərəb) nəşrə olunan kitab həm Azərbaycan, həm də xarici oxuculara Azərbaycan məscid mədəniyyəti haqqında dolğun məlumat verəcək, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində faydalı olacaqdır.
|
“Azərbaycan – İslam mədəniyyətinin incisi” kitabı nəşr olunub (fotolent)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycan – İslam mədəniyyətinin incisi” kitabı nəşr olunub.
Ahlibeyt.az-ən DKİDK-nın rəsmi mətbuat xidmətinəi stinadən verdiyi xəbərə görə Azərbaycan xalqının milli-mənəvi dəyərləri, ölkə ərazisindəki məscidlər haqqında ensiklopedik bilikləri əhatə edən və bu sahədə ilk əsər sayıla biləcək kitab 300-dən artıq məscid haqqında geniş məlumatları əhatə edir.İdeyası Azərbaycan Prezident İlham Əliyevin Şamaxı Cümə məscidinin açılışında qeyd etdiyi “Biz bütün məscidlərimizi bərpa edəcəyik” ifadəsindən qaynaqlanaraq oxucuya təqdim olunan bu əsər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aparıcı mütəxəssiləri ilə yanaşı peşəkar tarixçi, tədqiqatçı, ekspert, fotoqraf və tərcüməçilərdən ibarət geniş bir heyətin gərgin əməyi nəticəsində ərsəyə gəlmişdir.Kitabın xarici auditoriya üçün tərtibatı, beynəlxalq ictimaiyyətə çatdırılması və nəfis şəkildə nəşri işini Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu həyata keçirib. Qeyd edək ki, üç dildə (Azərbaycan, ingilis və ərəb) nəşrə olunan kitab həm Azərbaycan, həm də xarici oxuculara Azərbaycan məscid mədəniyyəti haqqında dolğun məlumat verəcək, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində faydalı olacaqdır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Avqust, 2014 15:05 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Ramazan Bayramınız Mübarək8 Aprel, 2024 Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları əsassız informasiyalara inanmamağa çağırıb8 Aprel, 2024 Ramazan bayramının namaz vaxtı açıqlanıb |
Xəbər lenti
8 Aprel, 2024 18:25
8 Aprel, 2024 18:04
27 Mart, 2024 17:02
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |