إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Boko Haram" terror təşkilatı Nigeriyada qaçırdığı 200-dən çox məktəbli qızı geri qaytarmaq qərarına gəlib

Nigeriya hökuməti ilə "Boko Haram" terror qruplaşması arasında atəşkəs elan edildiyi iddia olunur.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi məlumata görə, atəşkəs çərçivəsində qruplaşma tərəfindən qaçırılan 200-dən çox qız şagirdin azad ediləcəyi bildirilir.

Nigeriya Beynəlxalq İnformasiya Mərkəzinin rəsmisi Mike Omeri bildirib ki, hökumət və "Boko Haram" təmsilçiləri arasında keçirilən görüüşdə qaçırılan 200-dən çox qızın təhlükəsiz şəkildə geri qaytarılması və ölkənin şimal-şərqində sülhün bərqərar edilməsilə bağlı danışıqların davaç etdirilməsi haqqında razılıq əldə olunub.

Omeri atəşkəsin bu gündən qüvvəyə mindiyini deyib.

Qeyd edək ki, "Boko Haram"ın son 6 ayda etdiyi hücumlar nəticəsində təqribən təhlükəsizlik orqanlarının 2 min əməkdaşı həlak olub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Oktyabr, 2014  12:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!