إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Suriyada İŞİD-in azərbaycanlı komandiri öldürüldü

Koalisiya qüvvələrinin Kobanidə həyata keçirdiyi bombardıman zamanı terrorçu  İŞİD qruplaşmasının  Qafqaz üzrə komandiri əslən azərbaycanlı Rövşən Bədəlov 25 adamı ilə birlikdə məhv edilib.

Ahlibeyt.az-ın Anspress-ə istinadən verdiyi xəbərə görə,ba barədə Türk mətbuatı məlumat yaymışdır.Məlumata görə, 50 yaşlı Xalid Azəri ləqəbli Rövşən Bədəlov Azərbaycanın Tərtər rayonundandır.

Dindar həyatından əvvəl siyasətlə də məşğul olduğu bildirilən Bədəlovun Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olduğu qeyd edilir.

2000 – 2001-ci illərdə Rusiya – Çeçenistan müharibəsinin arxa cəbhəsi hesab olunan Pankisi ərazisində “Tabuk” adlı qrup yaradan Bədəlov bu qrupa liderlik edib.

Məlumata görə, 2001 – 2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən Bədəlov saxlanılaraq 10 il həbsə məhkum olunub.

2013-cü ildə həbsdən çıxan Rövşən Bədəlov 1 aydan sonra Suriyaya gedib. Aralarında azərbaycanlıların da olduğu qafqazlılardan ibarət “Tabuk” qrupunu yaradan Bədəlov daha sonra İŞİD sıralarına keçib.

Bildirilir ki, gənc və təcrübəsiz İŞİD yaraqlılarının arasında döyüş təcrübəsinə malik olan Rövşən Bədəlov az vaxt ərzində Qafqaz əmiri vəzifəsinə yüksəlib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Oktyabr, 2014  14:47 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!