إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Xameneyinin məhərrəm ayı əzadarlıq mərasimləri ilə bağlı açıqlamaları

İran İslam İnqilabının ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin dəftərxanası məhərrəm ayının bəzi əməlləri ilə bağlı ünvanlanan sualları cavablandırıb.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Ayətullah Xameneyinin müvafiq fətvalarına əsasən, məhərrəm ayında keçirilən əzadarlıq mərasimlərində baş yarmaq və bədənə ciddi xəsarət vurmaq haramdır. Bu cür əməllərə, hətta göz önündə olmasa belə, icazə verilmir. Bu mərasimlərdə atılıb-düşmək kimi əməllərdən də çəkinmək lazımdır.

Ali dini lider bəzi dindarların Əhli-beytə (ə) məhəbbət ifadəsi kimi özləri haqqında təhqiramiz sözlər işlətmələrinə də münasibət bildirib. Onun fikrincə, belə sözlərin işlədilməsi düzgün deyil, belə ki, müsəlman öz vüqar və şəxsiyyətini qorumalıdır.

Bəyanatda, həmçinin qeyd olunur ki, imam Hüseyn (ə) və digər Kərbəla şəhidlərinə yas saxlamaq ilahi şüarların qorunması və dini vəzifədir. Lakin əzadarlıq mərasimlərində insanların daha çox maarifləndirilməsinə əhəmiyyət vermək lazımdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Oktyabr, 2014  11:34 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!