إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"İŞİD" terrorçu qruplaşması özbək dilində bəyanat verdi

"İŞİD" terrorçularının sosial şəbəkələrdə yerləşdirdiyi videogörüntüdə təşkilatın özbəkistanlı terrorçuları “İmam Buxari” qruplaşmasından ayrıldıqlarını və “İŞİD” lideri Əbu-Bəkr əl-Bağdadiyə beyət etdiklərini elan ediblər.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə  “İŞİD” tərkibində vuruşan özbəkistanlılar daha bir bəyanat yayaraq, öz həmvətənlərini dərhal "İŞİD"ə qoşulmağa çağırıblar. Bu barədə İnterAz "İŞİD" üzvlərinin "twitter" səhifələrinə istinadla məlumat yayımlayıb.

Terrorçular, həmçinin “Mavəraun-Nəhr” (Orta Asiya) bölgəsində olan bütün gəncləri İraq və Suriyaya gedərək "İŞİD"ə qoşulmağa çağırıblar.

Qeyd edək ki, Orta Asiyada “İŞİD” terror təşkilatına qoşulanların sayına görə, özbəkistanlılar öndə gedir. Özbəkistan, Qırğızıstan, Qazaxıstan hökumətləri ölkədə radikal cərəyanlara qarşı mübarizə aparsalar da, ifratçıların terror təşkilatlarına qoşulma məsələsi hələ də öz həllini tapmayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Oktyabr, 2014  12:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!