إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəsmi Vatikan- Ərbəin mərasimi mötədil İslamın gerçək simasıdır

Xristianların Ziyarət Turizmi və Vatikan Papalıq Şurasının Katibi Libero Andradina Ərbain ziyarətini  mötədil İslamın gerçək siması adlandırıb.

Ahlibeyt.az-ın Şhafaqna-yaistinadən verdiyi xəbərə görə Libero Andradina Vatikanın İraqdakı səfirliyinə göndərdiyi məktubda qeyd edib ki,"İŞİD terror təşkilatının İslamın əsl simasını təhrif etmə səylərinə baxmayaraq, həqiqi İslamı milyonlarla insanın qatıldığı İmam Hüseynin Ərbəin mərasimində görmək mümkündür."

İmam Hüseyn (ə) türbəsinin katibliyi tərəfindən verilən açıqlamada bildirilir ki,, bu il İraq və xarici ölkələrdən ümumilikdə 20 milyon ziyarətçi Ərbəin mərasiminə qatılıb.

Qeyd edək ki,bu ilki Ərbəin öncəsi İŞİD terror qruplaşması tərəfindən ziyarətçilərin terror aktları və hücumlarla təhdid edilməsinə baxmayaraq Kərbəlada İmam Huseynin Ərbəin mərasiminə 20 milyon insan qatılmışdır.Ziyarət qrupları arasında Şiələrlə bərabər əhli-sünnə tərəfdarları,o cümlədən qeyri-müsəlmanlarında qatılması qeydə alınmışdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Dekabr, 2014  12:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!