إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstandakı məscidlərin qeydiyyat və mülkiyyət hüququna rəsmi aydınlıq gətirilir

Bu ilin oktyabr ayında Gürcüstanda Kaxeti bölgəsində yerləşən 21 məscidin sənəd əsasında müsəlmanların ixtiyarına verilməsindən sonra indi Gürcüstanın Kvemo-Kartli, yəni Borçalı bölgəsində daha 23 məscid və ibadət evləri Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) balansına salınıb.


Ahlibeyt.az-ın verdiyi xəbərə görə bununla bağlı Salamnews-a açıqlama verən GMİ-nin sədri Hacı Ramin İgidov bildirib ki, bu vaxta qədər heç bir rəsmi sənədi olmadığından məscidlərin işıq, qaz və su kimi kommunal ehtiyaclarını ödəmək mümkün olmurdu və ya qeyri-qanuni yollarda təmin edilirdi. Bu da öz növbəsində bir sıra çətinliklər yaradırdı. Bu sahədə bizə 30-a yaxın müraciət daxil olub.

Bundan başqa hədiyyə olunmuş torpaqlarda tikilmiş bir neçə məscidlərdə dini məkanın sahəsini müəyyənləşdirən sənəd olmadığından bu gün yeni ortaya çıxan iddiaçı varislərlə də problemlər yaşanmaqdadır. Gələcəkdə belə problemlərin təkrar olunmaması üçün məscidlərin qeydiyyatına aydınlıq gəlməsi və torpağının və binasının müəyyənləşməsi labüddür. 2011-ci ildə heç bir sənədi olmayan dini məkanlar müvəqqəti olaraq İqtisadiyyat Nazirliyində qeydə alınmışdı.

GMİ-nin sədrinin fikirncə məscidlərimizin “Tbilisi Cümə Məscidi”ndə qeydə alınması daha məntiqə uyğundur. Hüquqi cəhətdən hansı formada olacağı barədə başqa dövlətlərdəki modelləri də nəzərdən keçirməklə müzakirələr aparılsın. Bundan başqa bütün məscidlərimizin və hətta “Qocalar evi”, “Mərasim salonu” və “İbaət evi” “Məscid” statusu əldə etsələr o zaman toxunulmaz olarlar. Əsas bu haqda çalışmaq lazımdır.

Qeyd edək ki, hazırda Gürcüstanda 300-dən artıq məscid və ibadət evləri mövcuddur ki, onların hələlik 54-ü aiddiyyatı üzrə Gürcüstan müsəlmanları İdarəsinə təhvil verilib. Hökumət isə bu proseslərin bundan sonra da davam edəcəyini və hissə-hissə bütün müsəlman ibadət ocaqlarının bu İdarənin balansına veriləcəyini bildirir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Dekabr, 2014  16:44 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!