إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam normalarına uyğun beynəlxalq sosial şəbəkə"Muslimface" istifadəyə veriləcək

Yaxın həftələrdə müsəlmanlar üçün yeni beynəlxalq sosial şəbəkə işə salınacaq.   Digər sosial şəbəkələrdən fərqlənəcək   “Muslimface” kontentinin islami dəyərlərə və qaydalara uyğun olması ilə fərqlənəcək.Qeyd olunur ki,şəbəkədən digər dinlərə etiqad edənlərin də  istifadə etməsi mümkün olacaq.

Ahlibeyt.az-ın İslamnews-a istinadən verdiyi xəbərə görə,yeni“Muslimface” sosial şəbəkə müsəlman iş adamları tərəfindən yaradılır. Layihə artıq Böyük Britaniya ərazisində “Muslimface Limited” şirkəti kimi qeydiyyata alınıb. Sayt bir neçə dildə, o cümlədən ingilis, ərəb, türk, fars və s. dillərdə təqdim olunacaq.

“Muslimface” saytını yaradanların fikrincə, yeni sosial şəbəkə müsəlmanlara həm dindaşları, həm də digər dinlərin nümayəndələri ilə əlaqə yaratmağa, habelə aktual məsələlərə dair fikir mübadiləsi aparmağa kömək edəcək. Özü də bütün bunlar İslam əxlaqi normalarına uyğun bir çərçivədə olacaq.

Sosial şəbəkədə dindarların heysiyyətini təhqir edən və əxlaq normalarına uyğun gəlməyən materiallar yerləşdirmək qadağan ediləcək.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2015  16:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!