|
QMİ-dən Həcc zəvvarlarına müraciətQafqaz Müsəlmanları İdarəsi 2015-ci ildəki həcc ziyarəti ilə bağlı əlavə izahat verib.Məlumata görə, izahatda zəvvarların mütləq biometrik pasportları olmasının vacibliyi qeyd edilib. Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, QMİ-dən verilən məlumatda qeyd olunur ki, Həcc ziyarətinə getmək istəyənlər mütləq yeni tip biometrik pasport əldə etməlidirlər. Biometrik pasportun olması Səudiyyə Ərəbistanının tətbiq etdiyi yeni qaydalara əsasən tələb olunur. Xatırladaq ki, Azərbaycanda 11 mart tarixindən etibarən bu il üçün Həcc ziyarətinə getmək istəyən zəvvarlardan sənəd qəbulu başlayıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, builki ziyarətin şərtlərində əvvəlki illərə nisbətən dəyişiklər var.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Mart, 2015 17:10 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Ramazan Bayramınız Mübarək8 Aprel, 2024 Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları əsassız informasiyalara inanmamağa çağırıb8 Aprel, 2024 Ramazan bayramının namaz vaxtı açıqlanıb |
Xəbər lenti
8 Aprel, 2024 18:25
8 Aprel, 2024 18:04
27 Mart, 2024 17:02
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |