إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xanım Fatimənin (s.ə) şəhadəti ilə bağlı mərasimlər keçirilir (FOTOLENT)

Bakının bir sıra məscidlərində, o cümlədən Bakıətrafı qəsəbələrdə İslam Peyğəmbərinin (s) qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (s.ə) şəhadət günü ilə bağlı əza mərasimləri keçirilir.

Ahlibeyt.az-ın Salamnews-a istinadэn verdiyi məlumata görə,bu mərasimlərə minlərlə inanclı qatılır.

Mərasimlərdə peyğəmbərin(s) vəfatından sonra yaranmış tarixi vəziyyətdən və Xanım Zəhranın atasının vəfatından az bir müddət sonra dünyasını dəyişmə səbəblərindən geniş məlumat verilir. Qeyd olunur ki, Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Mart, 2015  12:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!