إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Seyyid Həsən Nəsrullah təkfirçilərlə mübarizədə yeni üsullara malik olduqlarını bildirib

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah təkfirçilərlə döyüşün əhəmiyyətli olduğunu və təkfirçilərlə mübarizədə hələ istifadə edilməmiş yeni üsullara malik olduqlarını bildirib.

Ahlibeyt.az-ın türk mətbuatına  istinadən verdiyi xəbərdə bildirilir ki, Seyid Həsən Nəsrullah "müqavimət yaralıları günü" münasibətilə  video-konfrans vasitəsi ilə etdiyi çıxışında qeyd edib ki;“Terrorizmlə mübarizədə ümidsizliyin olmadığı yeni bir mərhələ başlayacaq. Bu mərhələdə biz təkfirçi qruplarla mübarizə aparmaq üçün bütün gücümüzdən istifadə edəcəyik.

Təşkilat lideri bildirib ki, Allah Bədr və Ühüdü Peyğəmbərə (s) vacib etdiyi kimi, bu döyüşləri də bizə vacib edib.Əgər biz Suriyada- Hələb, Homs və Dəməşqdə vuruşmasaydıq,Livanda-Bəələbək, Hərməl və Ğaziyədə vuraşmalı olacaqdıq”.

O vurğulayıb ki, biz ya son 4 ildə Suriyada olan mübarizələrimizi artırmalıyıq, ya təkfirçilərə təslim olub qadın və uşaqlarımızın təhqir olunmasını qəbul etməliyik. Bu döyüşlərdə bizim qüvvələrimizin yarısının şəhadətə çatması ilə digər yarısı izzətlə həyatına davam edəcəksə, biz buna razıyıq. Lakin Allahın iznilə bu qədər şəhidin verilməsinə icazə verməyəcəyik.

Onun sözlərinə görə "Bu döyüş böyük fədakarlıqlar tələb edir,çünkı bizim qarşımızda dayanıblar. Ciddiyyət və məsuliyyətimizi artırarsa, ən böyük düşmənlərimizə də qalib gələ bilərik.Çünki, bu döyüşün dinlə deyil, mövcud olub-olmamaqla əlaqəsi var. Əlimizdə bu döyüşlərdə indiyə qədər istifadə etmədilyimiz olduqca mühüm üsul və vastələr mövcuddur.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 May, 2015  16:14 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!