|
Dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər toplusu nəşr olunubDini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər” toplusu nəşr edilib
Ahlibeyt.az-ın verdiyi xəbərə görə,Dini Komitənin məlumatında bildirilir ki,kitab bu sahədə son dövrlərdə hazırlanmış ən mütərəqqi nəşrdir.
Topluda din və etiqad azadlığı ilə bağlı beynəlxalq normaların öz əksini tapdığı Azərbaycan Respublikasının Konstitusiyasındakı maddələr, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın və protokolların təsdiq edilməsi barədə qanunlar, “Dini etiqad azadlığı haqqında” qanun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsi və digər rəsmi sənədlər yer alıb.
Nəşrdəki dövlət və din münasibətlərini tənzimləyən sənədlər həm dövlət qurumları, həm dini icmalar, həm də hər bir vətəndaş üçün bu sahədə yaranacaq sualları cavablandırmağa kömək edəcəkdir.
Kitabın tərtibçisi Dövlət Komitəsinin Kadrlarla iş sektorunun müdiri Bəhruz Müslümov, nəşrə məsul şəxs Hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyevadır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 İyul, 2015 15:15 ⁄ Çap
Bu bölmədə20 Mart, 2024 Azərbaycanda Novruz bayramı qeyd olunur26 Fevral, 2024 Xocalı soyqırımından 32 il ötür |
Xəbər lenti
27 Mart, 2024 17:02
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |