إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanlı müsəlman xanımlardan Həzrəti Məryəmlə(ə) bağlı möhtəşəm aksiya-Video

Aksiyanın keçirilməsində əsas məqsəd iki dinin nümayəndələri arasında birliyin və sevginin yaradılması olub

Ahlibeyt.az-n İnteraz-a istinadən məlumatına görə Gürcüstanda yaşayan bir qrup müsəlman xanım həzrəti Məryəm(s.ə)-nın mövlüd günü ilə bağlı gülvermə aksiyası keçiriblər. Onların müqəddəs gün münasibəti ilə Gürcüstanda yaşayan xristian xanımlara küçələrədə və kilsələrdə yaxınlaşaraq gül hədiyyə ediblər. Uğurla baş tutan aksiya Gürcüstan ictimaiyyəti tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.

Aksiyanın keçirilməsində əsas məqsəd iki dinin nümayəndələri arasında birliyin və sevginin yaradılması olub.

Xatırladaq ki, aksiya Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və onun nəzdində fəaliyyət göstərən İmam Əli(ə) Xeyriyyə Fondunun maddi dəstəyi ilə ərsəyə gəlib.

Aksiya ilə bağlı hazırlanan möhtəşəm videoçarxı sizlərə təqdim edirik

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Avqust, 2015  20:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!