إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Xameneyi Amerika ilə danışıqları dayandırmağa çağırdı

İranın ali din lideri ayətullah Əli Xamenei ölkəsinin ABŞ-la qurulacaq hər hansı bir əlaqəni qadağan edib

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Xamenei bildirib ki, amerikalılarla danışıqlar İrana heç bir üstünlük qazandırmayacaq, əksinə çox sayda problemlər gətirəcək. İslam inqilabının mühafizləri korpusunun qarşısında çıxış edən İran lideri “düşmənlə danışıqlara çağıranları” tənqid edib və onların mövqeyini “dinsizlik” adlandırıb.


Ayətullah Əli Xamenei inqilab mühafizləri korpusunun qarşısında çıxış edir

Başqa ölkələrlə, o cümlədən avropalılarla danışıqların əleyhinə olmadığını vurğulayan Əli Xamenei Birləşmiş Ştatlarla fərqli davranmağı məsləhət görüb. O bildirib ki, Birləşmiş Ştatlar həmişə öz addımlarını "antihumanist sionist rejimlə" kordinasiya edir.

Sentyabr ayında da İranın ali dini lideri ABŞ-la danışıqları dayandırmağa çağırmışdı. Amma ilk dəfə idi ki, ölkənin ən yüksək vəzifəli şəxsi bu cür qadağa tətbiq edib. Daha öncə qərb mətbuatı bildirmişdi ki, İran rəhbərliyi Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsi üçün əsas rolu oynayıb.

“Reuters” agentliyinin məlumatına görə, İranın elit birləşməsi "Əl-Qüds"ün komandiri general Qasem Suleymani son zamanlarda iki dəfə gizli şəkildə Moskvaya gedib və Rusiya həmkarlarını Suriyaya hava zərbələri vurmaq üçün rusiyalı həmkarlarını dilə tuta bilib. Agentlik Rusiya və İranın hərbi əməliyyatları bir neçə ay ərzində birlikdə planlaşdırdığını bildirir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Oktyabr, 2015  13:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!