إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Görəsən onun həmdini yerinə yetirə bilərikmi...

Həmd olsun o Allaha ki, xilqətin gözəlliklərini bizlərə ixtiyar etdi və pak nemətləri bizə sarı yönəltdi, bütün yaranmışlara sahib olmaqla bizə üstünlük bəxş etdi.Bu səbəbdən yaratdıqlarının hamısı Onun qüdrəti sayəsində bizə itaət edir, Onun iradəsi ilə bizim itaətmizdən çıxmaqda çarəsizdirlər.

Həmd olsun o Allaha ehtiyac qapımızı  başqasına bağladı.Görəsən onun həmdini yerinə yetirə bilərikmi?!

Yaxud şükrünü sayıb qurtara bilərikmi?! Heç vaxt!

Həmd o Allaha məxsusdur ki, çalışmaq üçün cismimizdə əzaları bizə lütf etdi və bizə həyat ruhu bəxş etdi.

Bizi pak ruzilərlərlə qidalandırdı, fəzli ilə bizi ehtiyacsız etdi və öz ehsanı ilə nemətlərini bizə  sərmayə verdi.Sonra itaətkarlığımızı sınamaq üçün vacib buyurduqlarını yerinə yetirməyi bizə əmr etdi.Şükrümüzü sınamaq üçün haramları bizə qadağan etdi. Bütün bu lütflərdən sonra əmrindən çıxdıq, haram etdikləri miniyinə mindik.

Bütün bunlarla belə bizi cəzalandırmağa, bizdən intiqam almağa tələsmədi, bizimlə rəhmət və kərəmi üzündən rəftar etdi, mehribanlıq və helm üzündən bizim xəta yolundan dönməyimizin intizarını çəkdi.

Öz fəzl ilə tövbə və qayıdış yolunu bizə göstərən Allaha həmd olsun!

 

Mənbə: Səhifeyi Səccadiyyə( 1-ci duadan çıxarış)

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2015  17:18 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!