إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Namaza təzə başlayan adam sözləri yadında saxlaya bilmədiyi təqdirdə kağıza baxa bilərmi?

Namaza təzə başlayan adam sözləri yadında saxlaya bilmədiyi təqdirdə kağıza baxa bilərmi?

Qeyd edək ki, namaz zamanı deyilməsi vacib olan sözlər bir o qədər də çox deyil. Bunların həcmi yarım səhifədən çox olmadığına görə, namazın sözlərini əzbərləmək o qədər də çətin iş deyil. Əgər insanın hafizəsi zəifdirsə, namazın yalnız vacib olan sözlərini əzbərləməyə çalışmalıdır, müstəhəb sözləri tərk etməsi də icazəlidir. Əgər hafizəsi imkan verərsə, müstəhəbbatı sonra da öyrənə bilər.

Hafizə həddən artıq zəifdirsə və ya namaz sözlərinə adamın dili yatmırsa, bir müddət (əzbərləyənə kimi) kağızın üzündən oxumaqla da namazı qıla bilər. Bu zaman diqqətli olmalıdır ki, qiblədən dönməmək üçün kağızı düz qarşısında tutub oxusun.

Mənbə:İslam.az

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2016  13:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!