إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Nardaran mədrəsəsinin yeni binasının təməl qoyma mərasimi olacaq

"Bu gün Allahın lütfü ilə Nardaran mədrəsəsinin yeni binasının təməl qoyma mərasimi keciriləcək".

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə, bu sözləri Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirib.

Onun sözlərinə görə,bu mədrəsə bir neçə gün öncə sökülən mədrəsədən daha böyük olacaq.

"İnşaallah yeni mədrəsə əvvəlki mədrəsədən də əzəmətli olacaq. Dünən mədrəsənin sökülməsi qəlblərimizdə elə kədər yaratmışdıki söznən deyiləsi deyil. Nardaranda bu necə illərdə olmuş hadisələr, həbslər, məhrumiyyətlər insanlarımıza bu qədər təsir etməmişdi. Allahın heç bir kəsə ehtiyacı yoxdur. Bunu yazdımki Əhli-Beyt (ə) dostlarını sevindirim. Allah zindanlardakı  ilahiyyatçılarımızın və dindarlarımızın tezliklə azad olunmağı ilə qəlblərimizi bir daha sevindirsin", - deyə Natiq Kərimov qeyd edib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 May, 2016  14:23 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!