إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Beynəlxalq Konqresdə Ramazan ayının başlaması və bayramın eyni gündə qeyd edilməsi müzakirə ediləcək

İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi Konqresi keçiriləcək - Konqresin keçirilməsində əsas məqsəd vahid hicri təqvim layihəsinin, bütün müsəlman dünyasının Ramazan ayına eyni vaxtda başlaması və Ramazan bayramını eyni gündə qeyd etməsi məsələlərinin müzakirəsidir.

ahlibeyt.az-ın Modern.az-a istinadən məlumatına görə, Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilal Gözlem Projesinin birgə təşkilatçılığı ilə 28-30 may tarixlərində İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi Konqresi keçiriləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi Konqresə müxtəlif ölkələrdən İslam alimləri, dövlət rəsmiləri qatılacaqlar.

Konqresin keçirilməsində əsas məqsəd vahid hicri təqvim layihəsinin, bütün müsəlman dünyasının Ramazan ayına eyni vaxtda başlaması və Ramazan bayramını eyni gündə qeyd etməsi məsələlərinin müzakirəsidir.

50 ölkədən 171 nümayəndənin iştirakı gözlənilən Konqresdə Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev təmsil edəcəklər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2016  20:28 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!