إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

12 yaşlı məktəbli Quranı 3 aya əzbərlədi

Eymən İsmail adlı Quran hafizi bildirib ki, Allahın yardımı, müəllim və ailəmin təşviqi ilə Quranı 3 aya əzbərləməyi bacardım.

 

Ahlibeyt.azın maide.az-a istinadən məlumatına görə, Qəzza sakini olan 12 yaşlı uşaq Quran hafizi Eymən ismayıl bildirib ki, Quranı əzbərləmək üçün çox vaxt ayırdım:

"Hər gün sübh namazından sonra saat 9-a kimi və əsr namazından məğribə kimi Quran əzbərləyirdim. Quranı əzbərləməklə yanaşı dərslərimi də yaxşı oxuyuram , əlaçıyam”.

 

Eymən İsmailin atası İsmail Əl-Əstəl bildirib ki, mənim 4 övladım Quran hafizidir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Avqust, 2016  14:06 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!