إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq ordusu 800 kvadratkilometr ərazini İŞİD-dən azad edib - Pentaqon

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərinin azad edilməsi üzrə əməliyyat başlayandan bəri təxminən 800 kvadratkilometr ərazini İŞİD terror təşkilatından azad ed

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə Pentaqonda keçirilən brifinqdə məlumat verilib.

ABŞ Müdafiə Nazirliyinin qiymətləndirməsinə əsasən, əməliyyat “yaxşı start” götürüb və əvvəlcədən hazırlanmış plana uyğun olaraq irəliləyir.

ABŞ müdafiə idarəsi ölkə hərbi müşavirlərinin İraq tərəfi ilə sıx əlaqə şəklində fəaliyyət göstərdiyini əlavə edib.

Anonimliklərinin təmin olunması şərti ilə jurnalistlərlə söhbət edən ABŞ rəsmi şəxsləri Mosula yaxınlaşdıqca döyüşlərin daha intensiv olacağını və şəhərə doğru hərəkətin, çox güman ki, yavaşlayacağını söyləyiblər.

Bildirək ki, İraq ordusu, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərlik etdiyi koalisiyasının aviasiya qüvvələri ilə oktyabrın 17-dən 2014-cü ildən İŞİD-in nəzarətində olan Mosulun terrorçulardan təmizlənməsi üzrə əməliyyat keçirir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2016  13:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!