إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tayland kralının Quran və müsəlmanlara olan sevgisi

Bir müddət öncə 86 yaşlı Tayland Kralı Bhumibol Adulyadej Banqkokdakı Serirac hospitalında dünyasını dəyişdi. Tayland Kralı dünyada ən çox hakimiyyətdə olan monarx idi. O, 1946-cı ildə taxta çıxmışdı.

Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,bu barədə beynəlxalq KİV-lərə məlumat yayıb.

Kral Bhumibol Adulyadej özü buddist olmasına baxmayaraq, müsəlmanlara və Qurana xüsusi sevgisi olub. Baxamayaraq ki, Tailand əhalsinin 93 faizi buddist, 7 faizi isə müsəlmanlardır.

1962-ci ildə Ərəbistanın Taylanddakı səfiri Tayland kralına Quranın ingilis dilində olan tərcüməsi hədiyyə edir, kral onu oxuduqdan sonra Quranı tayland dilində tərcümə edilməsi barədə tapşırıq verir.

Bu hadisədən sonra kral tacqoyma mərasimində Tayland müsəlmanlarının liderini tədbirə dəvət etmiş və ondan Quran oxumasını xahiş etmişdi.

Tailand kralı Quranla tanış olandan sonra həmişə ölkədəki müsəlmanların problemləri ilə maraqlanmış, onlara xüsusi diqqət göstərmişdi. Hər il sentyabr və oktyabr aylarında kral ölkənin cənub bölgəsinə müsəlmanlar yaşayan ərazilərə səfər edər və onların problemləri ilə yaxından tanış olardı.

Baxmayaraq ki, Tailand müsəlman ölkəsi deyil Quranın nazil olması və İslam peyğəmbərinin doğum günü münasibəti ilə ölkə səviyyəsində bayram tədbirləri keçirilirdi. Belə tədbirlərin birində krala Tayland dilinə tərcümə olunmuş Quran hədiyyə olunur. 1968-ci ildə kral əmr verir ki, bütün dövlət idarələrində, məscidlərdə, universitetlərdə Tayland dilinə tərcümə edilmiş Quran olsun və tədqiq olunsun.

Bu tədbidə çıxışı zamanı kral Bhumibol Adulyadej bildirmişdi ki, Quran təkcə müsəlmanlara aid kitab deyil, Quran bütün dünyada yaşayanlar üçündür. Alimlərimiz və mütəfəkkirlərimiz bu kitabı mütləq oxusunlar.⁠⁠⁠⁠

 

Tayland dilində çap olunan Quran

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Oktyabr, 2016  16:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!