إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mərhum Sələhşur “Həzrət Yusif” (ə.s) filminin senarisini dəstəmazlı və üzü qibləyə oturduğu halda yazıb

İranda dünyaca məşhur rejissor, aktyor və ssenarist, əslən azərbaycanlı olan mərhum Fərəcullah Sələhşurun vəfatının ildönümü ilə əlaqədar mərasim keçirilib.

Ahlibeyt.az-ın  İnteraz- a istinadən məlumatına görə,  mərasimdə ruhanilər və tanınmış incəsənət adamları iştirak edib. Quran qarisi və Əhli-Beyt məddahı Mürtəza Tahiri mərhum Fərəcullah Sələhşur haqda deyib: “Onun tək istəyi Quran və İslam mədəniyyətinin, dini dəyərlərin cəmiyət arasında yayılması idi. Buna görə də bütün yaradıcılığında Quran və Əhli-Beyt maarifindən istifadə edirdi. Mərhum Sələhşur özü də çox gözəl Quran oxumağı bacarırdı”.

Mərasim iştirakçılarından Höccətul-İslam Məhəmməd Təqəvi Mərhum Sələhşur haqda xatirələrini bölüşüb. O, Həzrət Yusif (ə.s) serialının senarisinin yazılmasında Mərhum Sələhşurun çox həssas olduğunu xatırladıb.

“Mərhum dostumuz Fərəcullah Sələhşur Həzrət Yusif (ə.s) serialına bütün vücudu ilə bağlı idi. Mən bunun şahidiyəm ki, mərhum filmin ssenarisini dəstəmazlı və üzü qibləyə oturduğu halda yazırdı. Düşünürəm ki, Həzrət Yusif (ə.s) filminin dünyada bu qədər sevilməsində məhz bu amil çox rol oynayib”, - deyə Məhəmməd Təqəvi bildirib.

Qeyd edək ki, mərhum rejissor keçən il ağ ciyər xərçənginə görə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

F.Sələhşur 3 noyabr 1952-ci ildə İranın Qəzvin şəhərində anadan olub. F.Sələhşur məşhur “Həzrət Yusif” filminin ssenari müəllifi və baş rejissoru olub.

O, həmçinin  “Həzrət Əyyub” (ə.s), “Əshabi-Kəhf” seriallarının, eləcə də, “Tövbə”, “Gecə Uçuşu”, “İnsan və Silah” filmlərinin rejissoru və ssenari müəllifi olub .

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2017  18:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!