إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycanlı din xadimi Albaniyada keçirilən İmam Əli(ə) ilə bağlı beynəlxalq simpoziumda çıxış edib

Albaniya paytaxtında keçirilən ənənəvi beynəlxalq simpoziumda Azərbaycanı din xadimi Hacı Əkrəm Əliyev  təmsil edib.

Ahlibeyt.az-ın məlumatına görə, martın 21-I Albaniya paytaxtı Tirana şəhərində “Nübuvvət ənənəsi: İmam Əli (ə) və Bektaşilik” adlı beynəlxalq elmi simpozium keçirilib.

Dünyanın müxtəlif ölkələrindən təhqiqatçı və alimləri bir araya gətirən simpozium Albaniya "Bektaşi" icması tərəfindən təşkil olunub.

Tədbirin Novruz bayramında keçirilməsi də təsadüfi deyil. Albanlar “Novruze-sultan” adlandırdıqları bu bayramı Həzrət Əlinin (ə) imamət məqamına çatdığı gün kimi qeyd edirlər.Hazırda  bektaşiliyin mərkəzi sayılan Albaniya bu təriqətin ən çox davamçısı yaşadığı ölkədir.

Simpoziumda Azərbaycanı təmsil edən Hacı Əkrəm Əliyev “Həzrət Əli (ə) – müasir bəşəriyyət üçün bir örnək” mövzusunda çıxış edib.

O qeyd edib ki, bəşəriyyətin vəhdətə can atdığı bir dövrdə ümumbəşəri dəyərləri özündə cəmləşdirən qəhrəmanlara ehtiyac var:

"Elə bir qəhrəman ki, fərdi olaraq hər bir insanın və bütövlükdə bəşəriyyətin nümunəsinə çevirilsin. Bu günün əsas problemlərindən biri budur ki, müasir insan həm özəlliyini qorumaq, həm vahid dünyada yaşamaq istəyir. Həm özəl həyatından həzz almaq istəyir, həm ictimai həyatdan. Lakin, bunu bacaran tarixi bir nümunə olmadığı üçün insanlar öz təbii istəkləri arasında parçalanırlar, bir ifratdan digər ifrata varırlar. Bəşəriyyət qəhrəmana möhtacdır. Onun məişətinə də, peşəkar fəaliyyətinə də, ictimai münasibətlərinə də işıq salacaq, yol göstərəcək real insan nümunəsinə."

Həzrət Əlinin (ə) belə qəhrəman olduğunu qeyd edən Hacı Əkrəm Əliyev vurğulayıb ki, bu dahi şəxsiyyəti mifik qəhrəman deyil, real insan kimi tanıyıb tanıtdırmaq gərəkdir:

"Həqiqətən də, istər-istəməz gözəllikləri sadaladıqca ağlımıza həzrət Əli (ə) gəlir. Həyatın hər sahəsində, hər bir kəsə nümunə ola biləcək Əli (ə)! Təəssüf ki, zamanında onu çoxları anlamadı, sonrakı nəsillər isə onu əfsanələşdirdi.Biz ev işlərində xanımına əl tutan, övladlarına qarşı mehriban ata olan, yetimlərə nəvaziş göstərən, fəqirlərlə həmnişin hökmdar və xalqa özünü fəda edən rəhbər, cəhalətlə amansız savaşan müdrik Əlini deyil,daha çox zülfüqarından qan daman və Xeybər qapısını bir barmağı ilə qopardan Əlini tanıyırıq.

Əgər insaniyyətin dəyərsizləşdiyi bügünkü dünyamızı müsbətə dəyişmək istəyiriksə, Əlini (ə) olduğu kimi tanıyıb real həyata qaytarmalıyıq."

Tədbirdən sonra qonaqlar üçün alban xalq və klassik musiqilərinin ifa olunduğu konsert proqramı təşkil olundu.

Ahlibeyt.az

Фото Yashar Qarayev.


Фото Yashar Qarayev.

Фото Yashar Qarayev.

Фото Yashar Qarayev.

Фото Yashar Qarayev.

Фото Yashar Qarayev.


Фото Yashar Qarayev.

Фото Yashar Qarayev.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Mart, 2017  19:21 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!