|
Rusiya İslam bankçılığı sahəsində Azərbaycan təcrübəsindən yararlanacaqTatarıstanın paytaxtı Kazanda partnyor bankinq üçün yeni avtonom strukturun yaradılması üzərində iş gedir.
Ahlibeyt.az-ın məlumatına görə, "Apa-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Tatarıstanın İnvestisiya İnkişafı üzrə Agentliyin rəhbəri Taliya Minullina bildirib.
Onun sözlərinə görə, yeni struktur vasitəsilə şəriət qaydalarına əsasən bank xidmətlərinin göstərilməsinə yadım edəcək: "Mən artıq indidən deyə bilərəm ki, söhbət tam yeni strukturdan gedir və onun əvvəlki mərkəzlə heç bir əlaqəsi yoxdur".
T.Munullina bildirib ki, hazırda layihəyə "Sberbank", "Vneşekonombank", "Qazprombank" kimi nəhənglər maraq göstərir. "İslam maliyyələşməsi Tatarıstanda maliyyə məhsullarının mümkün diversifikasiyası aləti kimi qəbul olunur. Bunun üçün biz yeni tərəfdaşlıq pəncərələrinin yaradılmasına nail olmaq istəyirik".
O əlavə edib ki, yeni mərkəzin konsepsiyası artıq işlənilib. "Biz Azərbaycan və Qazaxıstandan olan tərəfdaşlarımızla əməkdaşlıq etmək niyyətindəyik. Biz bu il aktivləşməyi planlaşdırırıq".
Xatırladaq ki, aprelin 5-də "Tataqroprombank"ın lisenziyasının ləğvi ilə əlaqədar onun törəmə müəssisə olan Rusiyanın ilk İslam bankı fəaliyyətini dayandırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Aprel, 2017 12:12 ⁄ Çap
Bu bölmədə20 Mart, 2024 Azərbaycanda Novruz bayramı qeyd olunur26 Fevral, 2024 Xocalı soyqırımından 32 il ötür |
Xəbər lenti
27 Mart, 2024 17:02
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |