إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

BMT baş katibi Qüdsdə etirazlar zamanı fələstinlilərin ölümünü pisləyib

BMT baş katibi Antoniu Quterreş Məbəd dağında İsrail tərəfindən tətbiq edilən yeni təhlükəsizlik tədbirlərinə qarşı Qüdsdə etiraz dalğası zamanı üç fələstinlinin ölməsini pisləyib.

Ahlibeyt.az-ın SalamNews-a istinadla verdiyi cəbərə görə, bu barədə RiaNovosti məlumat verib.

"Baş katib İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı üç fələstinlinin ölümünü qətiyyətlə pisləyir və sözügedən hadisələrin əsaslı surətdə araşdırılmasına çağırır.”, - BMT baş katibinin nümayəndəsinin müavini Farhan Hakın bəyanatında söylənilir.

BMT baş katibi, bundan əlavə, Qüdsdə zorakılığın baş qaldırmasından narahatlığını ifadə edib və İsrail və Fələstin liderlərini “vəziyyəti daha da gərginləşdirə biləcək fəaliyyətdən çəkinməyə” çağırıb.

Bundan əvvəl Fələstin tibb işçiləri və İsrail polisi Qüdsdə İsrail tərəfindən Məbəd dağında tətbiq edilən yeni təhlükəsizlik tədbirlərinə qarşı etiraz dalğası zamanı üç fələstinlinin öldüyü, onlarla şəxsin yaralandığını bildirib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 İyul, 2017  12:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!