إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

General Qasim Süleymanidən açıqlama - İŞİD bitdi

İŞİD-in sonuncu dayaq mərkəzi olan Əl-Bukamalda bu təkfirçi cərəyanın bayrağını yerə salıb Suriya bayrağını qadırıram və İŞİD üzərində qələbə eləan edirəm.

Ahlibeyt.az-ın İran medisına istinadən məlumatına görə,bu barədə İran İnqilab Keçikçiləri Korpusu (SEPAH)  generalı Qasim Süleymani İranın ali dini liderinə ünvanladığı məktubda bildirirlib.

Q.Süleymani bildirb ki,İslam düşmənləri tərəfindən yaradılan bu dağıdıcı təşkilat minlərlə gənci öz zəhərli təbliğatı ilə İslam dəyərlərinin müdafiəsi adı altında aldadaraq sıralarına qatdı və hər iki tərəfdən on minlərlə insanın həyatına son qoydu:

"Qeyri rəsmi məlumatlara görə Suriya və İraqa vurulmuş maddi ziyan 500 milyard dollardan çoxdur.Ölkələrin əsas infrastiurkturu dağıdılıb,insanlar ev-eşiklərindən çıxarılıb,şəhərlər boşaldılıb.

Dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsi,uşaq və qadınların edam səhnələri,məscidlərin ibadət zamanı partladılması bu təkfirçi təşkilatın siyahısındadır.

Əlimizdə olan məlumatlara görə,6000 aldadılmış gənc intiharçı kəmərləri ilə özlərini meydan,bazar,məktəb və əhalinin sıx toplaşdığı digər yerlərdə partlayışlar törətmişlər. Bütün bu cinayətlər ABŞ-ın başçılığı ilə yönləndirilmiş təlimatçılar və hərbçilərin köməkliyi ilə həyata keçirilmişdir."

Q.Süleymani vurğulayıb ki, hucumun ilk illərində Suriya və İraq ərazisinin böyük bir hissəsi zəbt olundu.Lakin böyük mərcə alimi  Ayətullah Seyid Əli Sistaninin müdrik çağlrışı, İran,Suriya,İraq xalqlarının,Livan  Hizbullah təşkilatı, bəzi ölkə xalqlarının və müqavimət qüvvələrinin yardımları hesabına İŞİD-i məğlub etmək mümkün oldu:

ABŞ-sionizm layihəsi olan İŞİD-ın son dayaq məntəqəsi olan əl-Bukamalda İŞİD bayrağı yera atılaraq  Suriya bağrağını qaldırdıq-İŞİD təşkilatlanmış bir qurum olaraq bitdi.

Məktubun sonunda Qasim Süleymani qeyd edib ki,əziz rəhbərim,Ayətullah Xamnenei bu qələbə münasibəti ilə sizin,İraq və Suriyanın məzlum xalqlarını İŞİD qzərində olan bu mübarək qələbi münasibəti ilə təbrik edirəm.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 Noyabr, 2017  11:50 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!