|
Prezident Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv sərəncamı imzalayıbAzərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında əfv sərəncamı imzalayıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə modern.az-a ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı məlumat verib. Onun sözlərinə görə, əfv siyahısında 634 nəfər məhkumun adı var. S.Bənanyarlı deyib: “Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər - Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmmədli Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər Zabit Kərimov və Elşad Rzayev də əfv olunub”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2018 17:26 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Ramazan Bayramınız Mübarək8 Aprel, 2024 Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları əsassız informasiyalara inanmamağa çağırıb8 Aprel, 2024 Ramazan bayramının namaz vaxtı açıqlanıb |
Xəbər lenti
8 Aprel, 2024 18:25
8 Aprel, 2024 18:04
27 Mart, 2024 17:02
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |