إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İstanbul Konstantinopola çevrilməyəcək - Ərdoğan

Biz İstanbulun Konstantinopola çevrilməsinə icazə verməyəcəyik.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala dəniz zəfərinin bu gün 104-cü ildönümü münasibəti ilə təşkil edilən tədbirdə bəyan edib.

Türkiyə lideri bildirib ki, Yeni Zelandiyadakı qanlı terror hücumu Türkiyədəki müəyyən dairələrə mesajdır.

"Müsəlmanların və Türkiyənin düşmənləri bizdən nifrət etməyə davam etdiyini göstərdilər. Biz bunu dəf edəcəyik, Çanaqqalada bunu yüksək səslə bəyan etməyə hazırıq", Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, İsrail Baş nazirinin oğlunun anti-türk ifadələri bir çox hallarda Yeni Zelandiya terrorçusunun  sözləri ilə üst-üstə düşür: "Bütün bu hücumlar bir mənbədən qaynaqlanır".

"Türk xalqı min ildir buradadır və qiyamətə qədər də bu torpaqlarda yaşayacaq. Biz İstanbulun Konstantinopola çevrilməsinə icazə verməyəcəyik ", - deyə prezident vurğulayıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2019  14:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!