|
Ermənistan silahlı qüvvələri atəşkəsi pozubErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Sentyabr, 2019 09:30 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Ramazan Bayramınız Mübarək8 Aprel, 2024 Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları əsassız informasiyalara inanmamağa çağırıb8 Aprel, 2024 Ramazan bayramının namaz vaxtı açıqlanıb |
Xəbər lenti
8 Aprel, 2024 18:25
8 Aprel, 2024 18:04
27 Mart, 2024 17:02
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |