|
DİM: ”Karantin rejimi ilə əlaqədar 9 və 11-ci sinif şagirdləri üçün bütün onlayn sınaq imtahanları ödənişsiz olacaq”
Dövlət İmtahan Mərkəzi Koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyent və buraxılış sinfi şagirdlərinə dəstək məqsədilə otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını (Azərbaycan və rus bölməsi) 2020-ci il iyul ayınadək ödənişsiz keçirməyə qərar verib. Ahlibeyt.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla ödənişsiz sınaq imtahanlarının siyahısını təqdim edir: • IX sinif Buraxılış 2020 (I və II mərhələ) (№1) Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə, öz cavablarınızla düzgün cavabları müqayisə edə biləcəksiniz. Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaqla bağlı qaydalarla otk.az portalında “Təlimatlar” bölməsində tanış ola bilərsiniz. Buraxılış imtahanları Qəbul imtahanının II mərhələsi Video təlimat Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Mart, 2020 10:00 ⁄ Çap
Bu bölmədə9 Aprel, 2024 Ramazan Bayramınız Mübarək8 Aprel, 2024 Medianın İnkişafı Agentliyi və Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşları əsassız informasiyalara inanmamağa çağırıb8 Aprel, 2024 Ramazan bayramının namaz vaxtı açıqlanıb |
Xəbər lenti
8 Aprel, 2024 18:25
8 Aprel, 2024 18:04
27 Mart, 2024 17:02
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |