إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Məhəmməd Allahın rəsulu" filminin beynəlxalq festivalda premyerası olub

İranlı rejissor və ssenarist Məcid Məcidinin Məhəmməd peyğəmbər (s) haqqında çəkdiyi "Məhəmməd Allahın rəsulu" filminin Kanadada keçirilən 36-cı "Monreal Beynəlxalq Film Festivalında" premyerası olub.

Ahlibeyt.az Salamnews-a istinadən xəbər verir ki, festivala açılış filmi kimi seçilən bu ekran əsəri dünya kinosevərlərinin marağını Monreala yönəldib. Peyğəmbərin uşaqlıq həyatından bəhs edən film iranlı və türk kino mütəxəssisləri tərəfindən ekranlaşdırılıb.

Filmin bəzi yerlərində animasiya səhnələrindən istifadə edildiyini bildirən türkiyəli yazıçı İhsan Kabil filmdə peyğəmbərin yalnız arxadan çəkildiyini, gecə və gündüz səhnələrində Məkkə şəhərinin yer aldığını vurğulayıb.

Bildirək ki, ümumi büdcəsi 30 milyon dollar olan filmin rejissoru Məcid Məcidi çəkdiyi bir sıra ekran əsərlərinə görə beynəlxalq festivalların laureatı olub.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Avqust, 2015  12:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!