إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rohingiya faciəsinə susduğu üçün Myanma liderinin mükafatı geri alınıb

Amnesty International Myanma lideri Aun San Su Çjiyə 2009-cu ildə layiq gördüyü «vicdan elçisi» adından məhrum edib.

Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə, təşkilatın Baş katibi Kumi Naydunun yazdığı  məktubda deyilir ki, Aun San Su Çjinin mükafatı  «əvvəllər müdafiə etdiyi dəyərlərə utanmazcasına xəyanət etdiyinə» görə alınıb.

Naydu öz bəyanatında vurğulayıb ki, Myanma lideri  öz siyasi və mənəvi avtoritetindən  insan haqlarının müdafiəsi, bərabərlik və ədalət üçün, həmçinin myanmalı hərbçiləri tərəfindən törədilən rohingya müsəlmanlarının qətliamlarının qarşısının alınması üçün istifadə etməyib.

«Çox təəssüf edirik ki, siz daha  ümid, cəsarət və insan haqlarının qorunması simvolunu təmsil etmirsiniz», - deyə Baş Katibin məktubunda bildirilir.

Xatırladaq ki, 2017-ci ilin avqust ayının 25-də «silahlı qruplaşmalarla mübarizə» adı altında Myanmanın şimalında Arakan əyalətində  müsəlmanlara qarşı kütləvi qətliamlar həyata keçirildi. Bundan başqa hərbçilər insanlığa qarşı cinayət işlətdiblər – qadın, uşaqlar da daxil olmaqla minlərlə insan yandırılmış, zorlanmış, kütləvi şəkildə qətlə yetirmiş, deportasiyaya məcbur edilmişdir.

BMT-nin husabatına görə, hazırda Banqladeşə sığınan arakanlı müsəlmanların sayı 700 mini keçib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Noyabr, 2018  16:32 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!